Casus foederis

Casus foederis və ya casus fœderis Latın dilindən tərcümədə "müqavilənin qüvvəyə minməsi və məcburi olması şərti" deməkdir. Diplomatik dillə ifadə edilərsə, o, ittifaqın şərtlərinin qüvvəyə mindiyi vəziyyəti təsvir edir və müttəfiqlərdən birinə hücum edildiyi zaman hücuma məruz qalmış olan müttəfiqə hərtərəfli tədbirləri nəzərdə tutur.

Casus foederis, müdafiə ittifaqı vəziyyətində müttəfiqlərdən birinə qarşı müharibə elan edildikdə və ya başladıldıqda baş verir. Müttəfiqlik müqavilələri tez-tez nəyin casus foederis hesab ediləcəyini müəyyənləşdirir.[1]

  1. Lassa Oppenheim, Hersch Lauterpacht. International Law: A Treatise, 8th Ed., Vol. 1 (Türk dili). New York: Longmans, Green & Co. 1955. 963–964, 1072. ISBN 978-0582302457. 14 avqust 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 avqust 2017.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search